İtaliya millisinin sabiq futbolçusu ABŞ klubunda

“Milan”ın və İtaliya milli komandasının sabiq futbolçus Luka Antonelli karyerasını ABŞ-da davam etdirəcək.

Komanda.az xəbər verir ki, 34 yaşlı müdafiəçi “Mayami” klubuna keçib. Bu barədə 2-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Antonelli ilə müqavilə bu ilin noyabrına kimi nəzərdə tutulub.

Karyerası ərzində “Milan”, “Parma”, “Bari”, “Cenoa”, “Empoli” kimi klublarda çıxış edən Antonelli ilk dəfə İtaliyadan kənarda çıxış edəcək. Müdafiəçi İtaliya yığmasında 13 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button