“Milan”ın futbolçusu Almaniya klubuna keçir
“Milan”ın vingeri Noa Okafor mövsümün qalan hissəsini Bundesliqada keçirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveçrə millisinin oyunçusu icarə əsasında “Leyptsiq”də çıxış edəcək.
Okafor bu gün tibbi müayinədən keçəcək və bundan sonra müqavilə bağlanacaq.
24 yaşlı futbolçu bu mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 16 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun İtaliya klubu ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin