“Milan”ın sabiq hücumçusu İsveç klubunda
“Milan”ın və Danimarka millisinin sabiq üzvü Yon-Dal Tomassonun yeni işi məlum olub.
Komanda.az xəbər verir ki, 43 yaşlı mütəxəssis “Malmö” klubunu çalışdıracaq. Bu barədə İsveç təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tomassonun müqaviləsinin detalları açıqlanmayıb. Danimarkalı baş məşqçi yanvarın 10-dan işinə başlayacaq.
Tomasson bundan əvvəl “Roda” və “Ekselsior”da baş məşqçi, Danimarka millisində və Niderlandın “Vitesse” klubunda isə köməkçi məşqçi kimi çalışmışdı.
Futbolçu karyerasında “Herenven”, “Nyukasl”, “Milan”, “Ştutqart”, “Vilyarreal” və “Feyenoord” kimi klublarda çıxış edən sabiq hücumçu, Danimarka yığmasında keçirdiyi 112 oyuna 52 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin