İbrahimoviç DÇ-2022-nin pley-off mərhələsini buraxa bilər
“Milan”ın və İsveç milli komandasının futbolçusu Zlatan İbrahimoviç DÇ-2022-nin pley-off mərhələsinin oyunlarını buraxa bilər.
Komanda.az xəbər verir ki, A Seriyasının 23-cü turunun “Yuventus”la oyununda zədələnən 41 yaşlı hücumçunun zədəsi ciddidir. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. İbrahimoviç zədə səbəbindən DÇ-2022-nin matçlarını buraxa bilər.
İsveç yığması mundialın bu mərhələsində Çexiya millisi ilə üz-üzə gələcək. Matç martın 24-da oynanılacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin