“Milan”ın “sükan”ı ona tapşırıla bilər

Mauritsio Sarri yeni mövsümdən “Milan”ın baş məşqçisi postuna keçə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Milan Press” nəşri məlumat yayıb.

Klubun texniki direktor postuna əvvəllər “Yuventus”da və “Tottenhem”də çalışmış Fabio Paratiçi təyin olunarsa, italiyalı mütəxəssisin “Milan”a dəvət olunma ehtimalı artacaq.

Hazırda “Milan”ın baş məşqçi postunu portuqaliyalı mütəxəssis Serjio Konseysao tutur. Komanda onun rəhbərliyi altında pley-offda “Feyenoord”a məğlub (0:1; 1:1) olaraq, UEFA Çempionlar Liqasından kənarlaşdırıIıb. “Milan” A Seriyasında 7-ci yeri tutur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button