Alleqri “Roma”ya “yox” deyib
“Roma” ilə Massimiliano Alleqri arasında danışıqların olmadığı bildirilsə də, bu o demək deyil ki, danışıqlara başlamaq cəhdləri də olmayıb – əksinə, olub.
Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, Daniele de Rossinin qovulmasından sonra paytaxt klubu Alleqri ilə əlaqə saxlasa da, o, dərhal “yox, təşəkkür edirəm” cavabını verib və, danışıqlar belə sonlanıb.
Alleqri indi “Milan”ın “İnter”lə keçirəcəyi növbəti matçı səbirsizliklə gözləyir və çox güman ki, bu, Paulo Fonsekanın komandadakı karyerasının sonu olacaq. Belə ki, Fonseka uğursuz olarsa, Alleqri “Milan”ın baş məşqçi postu üçün əsas namizəddir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin