Rəsmi: Dida “Milan”a qayıtdı
“Milan”ın sabiq futbolçusu Nelson Dida, yenidən “qırmızı-qaralar”a qayıdıb.
Komanda.az xəbər verir ki, keçmiş qapıçı “Milan”ın U-17 komandasında çalışacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Dida, U-17 komandasında qapıçılarla iş üzrə məşqçi kimi işləyəcək.
Dida 2000-2010-cu illər aralığında “Milan” forması geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin