“Milan”ın sabiq futbolçusu Braziliya klubunda
“Milan”ın sabiq futbolçusu Luis Adrianonun yeni iş yeri məlum olub.
Komanda.az xəbər verir ki, 32 yaşlı hücumçu “Palmeyras” klubuna transfer olunub. Bu barədə Braziliya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Adriano ilə 3 illik müqavilə imzalanıb.
“İnternasional” klubunun yetirməsi olan Adriano “Şaxtyor” (Donetsk, Ukrayna) və “Milan”da da çıxış edib. Hücumçunun son iş yeri Moskva “Spartak”ı olub.
Adriano 4 dəfə formasını geyindiyi Braziliya millisində 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin