“Milan”ın sabiq futbolçusu Braziliya klubunda
“Milan”ın sabiq futbolçusu Keysuke Hondanın yeni iş yeri məlum olub.
Komanda.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “Botafoqo” klubuna keçib. Bu barədə Braziliya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Honda ilə müqavilə ilin sonuna qədər nəzərdə tutulub.
98 dəfə Yaponiya millisinin formasını geyinən Honda, 2014-2017-ci illər aralığında “Milan”ın uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin