“Milan”ın sabiq kapitanı əməliyyat olunub

“Milan”ın sabiq kapitanı Franko Barezi ağciyər əməliyyatı keçirib.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Barezi əməliyyatdan sonra sosial şəbəkə hesabında bunları yazıb:

“Əziz dostlar, hər şey yaxşı keçdi, ancaq bərpa üçün zamana ehtiyacım olacaq. Məni dəstəkləyən hər kəsə, xüsusilə də, “Milan”a təşəkkür edirəm. Hər birinizi qucaqlayıram”.

64 yaşlı futbol veteranı hazırda bərpa dövrünə başlayıb.

1960-ci ildə dünyaya gələn Barezi bütün karyerasını “Milan”a həsr edib. O, “qırmızı-qaralar”ın heyətində ümumilikdə 719 oyun keçirib və 15 mövsüm komandaya kapitanlıq edib. Son illərdə isə o, klubun fəxri prezidenti kimi fəaliyyət göstərirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button