
“Milan”ın sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda – Rəsmi
Portuqaliyalı mütəxəssis Serjio Konseysao “Əl-İttihad”ın yeni baş məşqçisi təyin olunub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Portu” və “Milan”ın sabiq çalışdırıcısı Səudiyyə Ərəbistanı təmsilçisi ilə müddəti 2027-ci ilin iyununa qədər olan müqavilə imzalayıb.
50 yaşlı mütəxəssis sentyabrın sonunda vəzifəsindən uzaqlaşdırılan Loran Blanı əvəz edib.
“Əl-İttihad” hazırda 4 turun ardından Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



