“Pirlo məşqçi karyerasına təsir edəcək böyük səhv etdi”

“Milan”ın sabiq baş məşqçisi Arriqo Sakki Andrea Pirlonun “Yuventus”u çalışdırmasının səhv qərar olduğunu deyib.

Komanda.az xəbər verir ki, bu barədə Sakki İtaliya mətbuatına açıqlamasında deyib:

“Düşünürəm ki, Pirlo yenidən dünya futboluna qayıtmalıdır. Ona bir neçə titul lazımdır. Bir anda uğur qazanmaq mümkünsüzdür. O, təcrübəsi olmadan “Yuventus”a gəldi.

O, öz layihələrinə görə “qoca sinyora”ya “hə” dedi. Pirlo məşqçi karyerasına təsir edəcək böyük səhv etdi. Bəlkə də, buna görə hələ işsiz qalıb”.

Pirlo 2020-ci ilin avqustundan 2021-ci ilin mayına qədər “Yuventus”da baş məşqçilik edib. 42 yaşlı mütəxəssis bu ilin mayından işsizdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button