
“Milan”ın qurtulmaq istədiyi futbolçu
“Milan”ın hücumçusu Luka Yoviç qış transfer pəncərəsində satıla bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, serbiyalı futbolçu klubun planlarında deyil, ona görə də, “Milan” rəhbərliyi bu ay onun üçün təklifləri məmnuniyyətlə nəzərdən keçirəcək.
27 yaşlı Yoviç bu mövsüm cəmi 3 dəfə meydana çıxıb. Onun “Milan”la müqaviləsi 6 aydan sonra başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin