“Milan”ın qapıçısı oyun vaxtı stadionu tərk edib
“Milan”ın qapıçısı Mayk Menyan irqçiliyə məruz qalıb.
Komanda.az xəbər verir ki, hadisə komandanın “Udineze”ni səfərdə məğlub etdiyi A Seriyasının 21-ci tur oyununda baş verib.
Qarşılaşmanın ilk hissəsində azarkeşlər fransalı qolkiperi fitə basıblar və meydana əşyalar atıblar. Bu səbəbdən baş hakim Fabio Mareska 32-ci dəqiqədə görüşü bir müddətlik dayandırıb. Mayk Menyan isə paltardəyişmə otağına yollanıb.
Daha sonra matç bərpa olunub və “Milan” 3:2 hesablı qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin