“Yuventus” “Milan”ın qapıçısını transfer edə bilər

Fransa millisinin və “Milan”ın qapıçısı Mayk Menyan gələn yay klubunu dəyişə bilər.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, 30 yaşlı qolkiper müqaviləsinin müddətinin bu mövsümün sonunda başa çatması səbəbindən azad agent statusu ilə başqa klubda oynamaq imkanı əldə edəcək.

İtaliya A Seriyasının digər təmsilçisi “Yuventus” fransalı qapıçını heyətinə qatmaqda maraqlıdır. Turinlilər onu azad agent kimi rənglərinə bağlamaq şansına malik ola bilərlər.

Menyan cari mövsümdə A Seriyasında 5 oyuna çıxıb, 3 top buraxıb və 3 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button