
“Milan”ın qapıçısı “Bayern”in hədəfində
“Milan”ın qapıçısı Mayk Menyan karyerasını Almaniyada davam etdirməyə yaxındır.
Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, “Bayern” 28 yaşlı qolkiperi heyətinə qatmaq istəyir. Münhen təmsilçisi qapıçının transferi üçün pul ödəməyə hazırdır. Çünki Menyanın “Milan”la hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Menyan PSJ-nin yetirməsidir. O, 2015-2021-ci illərdə “Lill”də çıxış edib. Fransalı qolkiper 2021-ci ilin yayında “Milan”a keçib. Menyan komanda ilə 2021/2022 mövsümündə İtaliya çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin