“Milan”ın qapıçısı 10 həftəlik sıradan çıxdı
İtaliyanın “Milan” komandası ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisinin əsas qapıçısı Mayk Menyan 10 həftəlik sıradan çıxıb.
Bu barədə klubun saytı məlumat yayıb. 26 yaşlı qolkiperin sol biləyindən əməliyyat olunduğu bildirilib.
Qeyd edək ki, Menyan bu yay “Lill”dən “Milan”a transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin