“Milan”ın qalib gəlməsi üçün hər şeyi edirəm”
“Milan”ın baş məşqçisi Paulo Fonseka komandadakı zədələrdən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər şeyə rəğmən, mübarizə aparacaqlarını söyləyib:
“Mən təfərrüatlara varmaq istəmirəm, hazırkı vəziyyətlə bağlı fikirlərimi futbolçulara deyəcəm. Amma biz dayanmayacağıq, mən “Milan”ın qalib gəlməsi üçün hər şeyi edirəm. Mən gənclərdən ibarət komandadan oyunçularını meydana buraxmalı olsam, o zaman bunu edəcəm”.
Milan klubu artıq Çempionlar Liqasında “Srvena Zvezda” ilə oyunun ilk hissəsində (2:1) iki məcburi əvəzetmə edib.
“Milan” İtaliya çempionatının turnir cədvəlində 7-ci, Çempionlar Liqasında isə 6 oyunda 12 xal toplayaraq, 12-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin