“Hər oyuna sonuncu matçımız kimi çıxmalıyıq”
“Milan”ın hücumçusu Temmi Abraham komandanın çətinliklərindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu bunun psixi problemlərlə bağlı olduğunu düşünür:
“Düşünürəm ki, bu, psixi problemlərlə bağlıdır. Biz özümüzü düzgün qurmağı öyrənməli və hər oyuna sonuncu matçımız kimi çıxmalıyıq. “Real”a qarşı inanılmaz oynadıq, “Srvena Zvezda” ilə isə daha pis idi. Bütün oyunlara eyni cür yanaşmalıyıq”.
“Milan” hazırkı baş məşqçi Paulo Fonsekanın rəhbərliyi altında sabitlik tapa bilmir. Komanda hazırda A Seriyasının turnir cədvəlində lider “Atalanta”dan 12 xal geri qalaraq 7-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin