“Milan”ın əsas transfer hədəfi odur
“Milan” hücumunu gücləndirmək üçün variantlar axtarmağa davam edir.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, italiyalıların prioritet hədəfi “Çelsi”nin futbolçusu Joao Feliksdir.
“Milan” mövsümün sonuna qədər “Çelsi”dən portuqaliyalı forvardı icarəyə götürməyə hazırdır. Onlar həmçinin, “Barselona”nın vingeri Ferran Torresin namizədliyini də nəzərdən keçirir.
Feliksin keçidi baş tutmayacağı təqdirdə, ispaniyalı futbolçu “B planı” olaraq təyin olunub. 24 yaşlı Torres bu mövsüm Hans-Diter Flikin komandasında 20 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin