
“Milan”ın futbolçusu Türkiyə klubunun təklifini qəbul etməyib
“Milan”ın futbolçusu İsmael Bennaser Türkiyə klubuna transfer olunmaqdan imtina edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçiyə təklif “Trabzonspor” tərəfindən edilsə də, o, keçidi qəbul etməyib.
Razılaşma əldə olunmayıb, amma danışıqlar davam edir və vəziyyət dəyişə bilər. “Milan” Bennaserə böyük ümid bəsləmir və onunla yolları ayırmağa hazırdır.
Əlcəzairli futbolçu keçən mövsümün ikinci yarısını icarə əsasında “Marsel”də keçirib. Onun bazar dəyəri 15 milyon avro qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



