
“Milan”ın oyunçusu əməliyyat olunub
“Milan”ın müdafiəçisi Kayl Uolker əməliyyat olunub.
Komanda.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İngiltərəli futbolçunun sağ dirsəyində sınıq aşkarlanıb. Əməliyyatın tam uğurla keçdiyi və 34 yaşlı oyunçunun dərhal reabilitasiyaya başlayacağı bildirilib.
Uolker cari mövsümdə “Milan”ın heyətində 12 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin