“Milan”ın müdafiəçisi sıradan çıxıb

“Milan”ın müdafiəçisi Fikayo Tomori zədələnib.

Komanda.az “Goal” nəşrinə istinadən xəbər verir ki, ingilis futbolçu zədə səbəbindən iki ay yaşıl meydanlardan kənarda qalacaq. O, A Seriyasında “Salernitana” ilə oyunda (2:2) sağ budunun biseps əzələsini zədələyib.

Tomori bu mövsüm Milan klubunun heyətində 22 matç keçirib və 6 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button