“Milan”dan ayrılan müdafiəçi karyerasını bitirdi

Bu yay “Milan”dan ayrılan italiyalı müdafiəçi Alessandro Florensi karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, Florensinin hazırda 34 yaşı var. O, karyerası ərzində beş fərqli klubda çıxış edib: “Krotone”, “Roma”, “Valensiya”, PSJ və “Milan”. Bundan əlavə, o, İtaliya millisində 49 oyun keçirib.

Florensi futbolçu karyerası ərzində 5 kubok qazanıb.

İtaliyalı keçmiş futbolçu “Milan”ın heyətində İtaliya çempionluğunu, PSJ ilə Fransa kubokunu və superkubokunu qazanıb, həmçinin, 2021-ci ildə İtaliya millisi ilə Avropa çempionatını çempion kimi vurub.

O, gənclər səviyyəsində isə “Roma” ilə İtaliya çempionluğunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button