“Onu Braziliyada bir dəfə izlədim və “yeni Messi olacaqsan” dedim”

“Milan”ın keçmiş futbolçusu Serjinyo klubun 120 illiyi şərəfinə keçirilən tədbirdə açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi, “qırmızı-qaralar”da forma geyinən braziliyalı Lukas Paketa haqda da danışıb:

“Onu Braziliyada bir dəfə izlədim və “yeni Messi olacaqsan” dedim. Bir az böyüməsi lazımdır. İtaliya futbolu çox çətindir. Buna görə də, ona bir az zaman vermək lazımdır. Braziliya futbolundan İtaliya futboluna keçmək asan deyil”.

Serjinyo 1999-2008-ci illər aralığında “Milan”da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button