Sakki: “Leao “Milan”ın güclü komandaya çevrilməsinə mane olur”

İtaliyalı keçmiş baş məşqçi Arriqo Sakki “Milan”ın hücumçusu Rafael Leao haqda danışıb.

Komanda.az “Footmercato”-ya istinadən xəbər verir ki, “Milan”ın sabiq çalışdırıcısı portuqaliyalı futbolçunun oyun tərzindən narazı olduğunu bildirib:

“Leao meydandakı davranışı, müdafiəyə qayıtmaması və qrupla işləmək istəməməsi ilə “Milan”ın güclü komandaya çevrilməsinə mane olur. Klubun keyfiyyətcə sıçrayış etməsini istəyiriksə, komandanın hər bir oyunçusunun funksional olması və ümumi uğur naminə özünü qurban verməyi bacarması lazımdır”.

24 yaşlı futbolçu cari mövsümdə 5 matçda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button