“Milan” rəsmisindən İbrahimoviç açıqlaması
“Milan”ın idman direktoru Frederik Massara Zlatan İbrahimoviçin “qırmızı-qaralar”a qayıdacağı ilə bağlı yayılan iddialar haqda danışıb.
Komanda.az xəbər verir ki, İtaliya mətbuatına açıqlama verən Massara, yayılan xəbərləri təkzib edib:
“İbrahimoviç çempionluqlar qazanan möhtəşəm biridir. Onun adının bizimlə hallanması yaxşıdır, ancaq hələ ki, belə bir məsələ gündəmimizdə yoxdur.
Qış transfer pəncərəsi dövründə məşqçimiz və texniki heyətlə məsləhətləşib, lazım olanı edəcəyik”.
İtaliya mətbuatı “Milan”ın İbrahimoviçə 1,5 illik müqavilə təklif etdiyini iddia edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin