
İbrahimoviçdən “Milan”a sevindirici xəbər
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç sağalıb.
Komanda.az xəbər verir ki, 40 yaşlı hücumçu artıq tam olaraq məşqlərə başlayıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İbrahimoviç A Seriyasının 8-ci turu çərçivəsində “Verona”ya qarşı keçiriləcək oyunda iştirak edə bilər. Matç oktyabrın 16-da olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin