İbrahimoviç: “Özümü dünyanın ən yaxşısı hesab edirəm”
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç özünü Lionel Messi (PSJ) və Kriştiano Ronaldo (“Mançester Yunayted”) ilə müqayisə edib.
Komanda.az xəbər verir ki, isveçli hücumçu, özünü dünyanın ən yaxşı oyunçusu hesab etdiyini deyib:
“Oyun keyfiyyətlərindən danışırıqsa, mən onlardan pis deyiləm. Kubokları götürsək, bəli, mən Çempionlar Liqasını qazanmamışam.
Amma ən yaxşısını necə təyin etdiyinizi bilmirəm. Mən bu mövzuda sabit deyiləm. Komanda yaxşı oynayanda fərdi oyunçu önə çıxır. Komanda olmasa, bir oyunçu yaxşı ola bilməz.
“Qızıl top”u itirdimmi? Xeyr, “qızıl top” məni itirdi!
Özümü dünyanın ən yaxşısı hesab edirəm. Amma futbolçuları bir-biriylə müqayisə etməyi düzgün hesab etmirəm. Hər kəs müxtəlif vaxtlarda fərqli futbolçularla oynadı. Müqayisə etmək çətindir. Düşünürəm ki, hər kəsin öz hekayəsi var və bununla barışmalıyıq”.
Bizi Facebook-da izləyin