“Milan”ın hücumçusu futbolda və musiqidəki kumirlərini açıqladı
“Milan”ın hücumçusu Rafael Leao futbolda və musiqidəki kumirlərindən danışıb.
Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu, həmyerlisi Kriştiano Ronaldonu ən yaxşılardan biri adlandırıb:
“Futbol və musiqidəki kumirim? Ronaldo. Uşaqlıqda Ronaldinyo idi.
Mənim musiqidə əsl kumirim yoxdur. Bəlkə, Bob Marley. Mən onun şərəfinə döymə vurdurmuşam”.
Leao bu mövsüm bütün turnirlərdə 33 matçda meydana çıxıb, 9 qol vurub, 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin