“Milan”ın hücumçusu millidən zədəli qayıtdı

“Milan” ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, İtaliya klubunun hücumçusu Rafael Leao zədələnib.

21 yaşlı futbolçunun sağ ayağından aldığı zədə ciddidir. Bu üzdən də o, azı iki həftə məcburi istirahət etməlidir.

Leao Portuqaliya yığmasının düşərgəsində zədələnib. O, bu mövsüm A Seriyasında meydana çıxdığı 6 oyunda 2 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button