
Leao 2 top-klubun “radar”ındadır
Portuqaliya millisinin və “Milan”ın vingeri Rafael Leao “Barselona”nın maraq dairəsindədir.
Komanda.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.
“Milan” klubunun rəhbərliyi 25 yaşlı futbolçu ilə yolları ayırmağa hazırdır. Klub Leaonu 70 milyon avro qarşılığında satmağı planlaşdırır.
Portuqaliyalı hücumçunun xidmətində “Bayern” də maraqlıdır.
Onun Milan klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir. Leao son mövsümdə “Milan”ın heyətində 50 matçda meydana çıxaraq, 12 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin