
“Milan”ın hakimi təhqir edən futbolçusunun cəzası məlum olub
“Milan”ın qapıçısı Mayk Menyan İtaliya çempionatının 27-ci turunun “Latsio” ilə matçında final fitindən sonra hakimi təhqir etdiyinə görə diskvalifikasiya olunduğu üçün bir oyunu buraxacaq.
Komanda.az xəbər verir ki, bu barədə A Seriyasının mətbuat xidməti məlumat yayıb.
Bazar günü Milanda keçirilən oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Final fitindən sonra Menyan tribunanın altındakı sahədə olarkən hakimə “hörmətsiz irad” bildirib. İndi o, 28-ci turun “Leççe” ilə növbəti matçını buraxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin