“Milan”ın hədəfindədir – Sevgilisini zorlamaqda ittiham olunan futbolçu
“Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud klubunu dəyişə bilər.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, 21 yaşlı hücumçu “Milan”ın hədəfindədir.
Qrinvud 2022-ci ilin yanvarında sevgilisi onun tərəfindən təcavüzə məruz qaldığını elan etdikdən sonra yaşıl meydanlarda olmayıb. Bu ilin fevralında ingilis futbolçu bütün ittihamlardan təmizlənsə də, “Mançester Yunayted” vəziyyətlə bağlı daxili araşdırma apardığı üçün onu heyətə qaytarmayıb.
Qrinvudun MY ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin