“Milan”ın hədəfi – Gürcüstanlı futbolçu
“Milan” qapıçısı Mayk Menyanın yerinə mümkün oyunçu kimi “Valensiya”nın 23 yaşlı gürcüstanlı qolkiperi Giorgi Mamardaşvilini nəzərdən keçirir.
Komanda.az xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.
“Milan” hazırda fransalı qolkiperlə yeni müqavilənin şərtləri ilə bağlı razılığa gələ bilmir. Menyan ildə 8 milyon avro maaş gözləyir. İtaliya klubunun rəhbərliyi isə 28 yaşlı futbolçuya vinger Rafael Leaonun aldığı 7 milyon avrodan artıq pul ödəmək istəmir.
“Milan”ın Mamardaşvili üçün 40-50 milyon avro ödəməli olacağı vurğulanır.
Mamardaşvili bu mövsüm bütün turnirlərdə 28 qarşılaşmada iştirak edib, onun 9-da qapısını toxunulmaz saxlayıb. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin