“Milan”ın gözü “Yuventus”un sabiq futbolçusunda

Mario Mancukiç yenidən İtaliya A Seriyasında çıxış edə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Milan” 34 yaşlı futbolçunun xidmətində maraqlıdır. “Qırmızı-qaralar”ın futbolçunun meneceri ilə danışığa başladığı bildirilir. Məlumata görə, ilk müzakirələr uğurla tamamlanıb. Tərəflərin Mancukiçin şəxsi tələblərini müzakirə etdiyi deyilir.

Xorvatiyalı futbolçu daha əvvəl İtaliyada “Yuventus”un şərəfini qoruyub. “Yuventus”dan sonra Qətərin “Əl-Duhayl” klubuna keçən hücumçu, hazırda azad agentdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button