“Milan”ın futbolçusunun evi qarət edildi
“Milan”ın futbolçusu Teo Hernandesin evi qarət edilib.
Komanda.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb. Oktyabrın 18-də, axşam saatlarında 25 yaşlı müdafiəçinin Kassano Magnaqodakı villasına 4 silahlı şəxs girib. Fransalı futbolçu özü evdə olmasa da, sevgilisi və altı aylıq oğlu villada olub. Soyğunçular villadan bir milyon avro dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.
Polis hazırda məsələ ilə bağlı araşdırma aparır.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin