“Mən heç kimi harasa aparmamışam, taksi sürücüsü deyiləm” – məşhur menecer
“Milan”ın futbolçusu Zlatan İbrahimoviçin meneceri Mino Rayola müştərisinin gələcəyi haqda danışıb.
Komanda.az xəbər verir ki, Rayola, isveçli hücumçunun daha bir il “Milan”da qala biləcəyini söyləyib:
“İbrahimoviç “Milan”da qala bilər? Bəli, hər şey mümkündür”.
Rayola, yayda “Milan”dan Fransanın PSJ klubuna keçən Canluici Donnarumma haqda da açıqlama verib:
“Mən heç kimi harasa aparmamışam, taksi sürücüsü deyiləm. Oyunçuların xeyrinə olan şeylər edirəm. Bunu etdiyim üçün də peşman deyiləm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin