“Milan”ın futbolçusu Xorvatiya klubunda – Rəsmi

“Milan”ın yarımmüdafiəçisi İsmael Bennaser karyerasını Xorvatiyada davam etdirəcək.

Komanda.az “qırmızı-qaralar”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu mövsümün sonuna qədər Zaqreb “Dinamo”suna icarəyə verilib. Müqavilədə sonradan birdəfəlik transfer imkanı da yer alıb.

Bennaser 2019-cu ilin yayında “Empoli”dən “Milan”a keçib. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Marsel”də keçirib.

Əlcəzairli futbolçu indiyədək “Milan”ın heyətində 178 oyuna çıxıb, 8 qol vurub və 12 məhsuldar ötürmə verib. Onun yeni komandası “Dinamo” cari mövsümdə UEFA Avropa Liqasının əsas mərhələsində çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button