
Fransalı futbolçu ərəblər üçün tibbi müayinədən keçəcək
“Milan”ın yarımmüdafiəçisi Yasin Adli bu gün Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubuna transfer üçün tibbi müayinədən keçəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” 25 yaşlı futbolçunun satışından 7 milyon avro qazanacaq.
Bundan əvvəl bildirilmişdi ki, Adli Səudiyyə Ərəbistanında “Milan”dakı maaşının üç dəfə çoxunu alacaq.
Fransalı futbolçu cari mövsümdə hələ meydana çıxmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



