“Milan”ın futbolçusu rəsmən “Fənərbaxça”da
“Fənərbaxça” “Milan”ın futbolçusu Rade Kruniçi icərəyə götürüb.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin saytı məlumat yayıb.
Bosniyalı yarımmüdafiəçi bu mövsümün sonuna kimi icarə əsasında “Fənərbaxça”da çıxış edəcək. Klub yayda onu birdəfəlik almaq hüququna malikdir.
Kruniç bu mövsüm “Milan”da 14 matçda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin