“Milan”ın hücumçusu koronavirusla mübarizəyə dəstək oldu
“Milan”ın futbolçusu Rafael Leao koronavirusla mübarizəyə dəstək olub.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı hücumçu doğulduğu Almada şəhərində xəstəxanaların birinə 24 min tibbi maska bağışlayıb.
20 yaşlı futbolçunun hazırda Portuqaliyada olduğu bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin