“Mən çempion olmaq istəyirəm”
“Milan”ın vingeri Kristian Pulişiç komandasının bu mövsüm İtaliya çempionu olmaq şanslarını dəyərləndirib.
Komanda.az “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu çempion olmaq istədiklərini bildirib:
“Biz əminik. Güclü oyunçularımız var, komandaya keyfiyyətli futbolçular gəlib. Klubda çox gözəl istedadlar var. Biz qalib gələ bilərik, sadəcə olaraq çalışmaq və yaxşı performans göstərmək lazımdır. Mövsümə əla başladıq. Bilirəm ki, əlimizdən gələni edəcəyik. Mən çempion olmaq istəyirəm, çünki sonda bu, ən vacib şeydir”.
“Milan” A Seriyasında üç oyundan sonra topladığı 9 xalla əlavə göstəricilərə görə “İnter”dən geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin