
“Milan”ın futbolçusu koronavirusdan sağaldı
“Milan”ın futbolçusu Leo Duarte koronavirusa qalib gəlib.
Komanda.az xəbər verir ki, bu barədə “qırmızı-qaralar”ın mətbuat xidməti məlumat yayıb. Xəbərdə, 24 yaşlı müdafiəçinin son koronavirus testinin mənfi çıxdığı bildirilib.
Duarte “Milan”ın son məşqində komandayla birgə çalışıb. Braziliyalı futbolçunun bundan əvvəl – sentyabrın 22-də verdiyi koronavirus testi müsbət çıxmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin