“Milan”ın futbolçusu “Latsio” ilə matçı buraxa bilər

“Milan”ın müdafiəçisi Teo Hernandes zədələnib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu zədə səbəbindən A Seriyasının 27-ci turunda “Latsio” ilə oyunu buraxa bilər. 26 yaşlı oyunçu məşq zamanı ayağından zərbə alıb.

Yekun qərarı baş məşqçi Stefano Pioli matçdan əvvəl klubun tibbi heyəti ilə məsləhətləşdikdən sonra verəcək.

Hernandes 2019-cu ildən “Milan”da çıxış edir. Onun İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button