
Milli üzvü “Milan”dan ayrılacağını açıqladı
“Milan”ın futbolçusu Kristian Zapata “qırmızı-qaralar”dan ayrılacaq.
Komanda.az xəbər verir ki, bu barədə 32 yaşlı müdafiəçi “instagram” hesabından məlumat yayıb. Zapatanın müddəti iyunun 30-na qədər olan müqaviləsi yenilənməyib.
2013-cü ildən “Milan”da çıxış edən Zapata, son mövsümdə 20 qarşılaşmada iştirak edib. O, eyni zamanda Kolumbiya millisinin də formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin