
“Mançester Siti” 70 milyon avroluq transferi tamamlayır
“Milan”ın yarımmüdafiəçisi Ticani Reynders karyerasını “Mançester Siti”də davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” 26 yaşlı futbolçunun transferini 70 milyon avroya razılaşdırıb. Transfer demək olar tamamlanıb və tezliklə rəsmi açıqlama veriləcək.
Niderlandlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla 54 oyunda iştirak edib, 15 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
“Mançester Siti” iyunun 15-də start götürəcək Klublararası dünya çempionatında “Əl-Əyn”, “Vidad” və “Yuventus”la eyni qrupda mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



