“Milan”ın oyunçusu futboldan kənarlaşdırıla bilər
“Milan”ın müdafiəçisi Alessandro Florensi qeyri-qanuni mərc oyunlarında ittiham olunur.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin prokurorluğu 32 yaşlı oyunçunu şübhəli şəxs qismində reyestrə daxil edib. Onun barəsində araşdırma aparılır. Futbolçu uzun müddətli diskvalifikasiya təhlükəsi ilə üzləşib.
Florensi bu mövsüm “Milan”ın heyətində 13 matçda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin