
“Milan”ın futbolçusu Fransa klubunun hədəfində
Fransanın “Monako” klubu “Milan”ın futbolçusunu transfer etmək niyyətindədir.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın yarımmüdafiəçisi Frank Kessi “Monako”nun transfer hədəfindədir. Klubların 22 yaşlı futbolçu üçün danışıqlara başladığı bildirilir.
“Milan” Kessinin transferindən azı 20 milyon avro qazanmağı planlaşdırır.
Kessi son mövsümdə keçirdiyi 42 matçda 7 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin