“Milan”ın futbolçusu “Fənərbaxça”ya keçməyə yaxındır
“Milan”ın baş direktoru Corcio Furlani yarımmüdafiəçi Rade Kruniçin tezliklə “Fənərbaxça”ya keçəcəyi xəbərini təsdiqləyib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Furlani yaxın vaxtlarda müqavilənin imzalanacağını bildirib:
“Bəli, yaxın vaxtlarda müqavilə məsələsi başa çatmalıdır”.
Kruniç “Spartak”ın da transfer siyahısındadır. Transferin 5 milyon avro olacağı gözlənilir.
O, 2019-cu ildən “Milan”ın formasını geyinir və müqaviləsi 2025-ci ilə qədərdir. 30 yaşlı futbolçu karyerası ərzində “Sutyeska”, “Donyi Srem”, “Verona”, “Boraç” və “Empoli”də də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin